Bu gün Bakınmın iki rayonun su ilə təminatında məhdudiyyətlər olacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospektində yeni çəkilmiş magistral su xəttinin (diametri 500 mm) şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S. Vurğun, S. Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X. Şuşinski, Ə. Qasımzadə küçələrinə, Vaqif və Azadlıq prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.