Bakının iki rayonunda təbii qaz olmayacaq

Bakının iki rayonunda təbii qaz olmayacaq
SOSİAL
22:44 02.08.2016
3665
Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, təbii qazın verilməsi ilə əlaqədar Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına cəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması məqsədi ilə avqustun 3-də saat 9:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində,həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR