Bakının mərkəzi univermağında 50 000 manatlıq cinayət

Bakının mərkəzi univermağında 50 000 manatlıq cinayət
Bütün Xəbərlər
11:38 04.04.2014
573
Qurbanlardan biri qadın olub.
Mərkəzi Univermağın satıcılarına qarşı külli miqdarda dələduzluq edilib.
AZXEBER.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinləri, 1949-cu il təvəllüdlü Natəvan Şəmistan qızı Bağırova və 1965-ci il təvəllüdlü Akif Cəmil oğlu İbrahimov polisə ərizə ilə müraciət edərək bildirib ki, Azərbaycan prospekti 6-da yerləşən Mərkəzi Univermaqda Qusar rayon sakini Samirə Nadir qızı Əliverdiyeva N.Bağırovadan 2750 manat, A.İbrahimovdan isə 52 920 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə götürərək aldadıb.
Polisdən N.Bağırovanın və A.İbrahimovun univermaqda satıcı işlədiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR