İRƏLİ” İctimai Birliyi, “Dünyaya Baxış” Beynəlxalq Təşkilatı və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaq Müdafiəsi İdarəsi Qız Qalasının qarşısında “Ailəm olsa” adı altında flashmob aksiya həyata keçirib. Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, aksiya zamanı müxtəlif plakatlar vasitəsilə yerdə “Ailəm olsa” mesajı yazılmış və eyni anda yüzdən çox iştirakçı tərəfindən “Ailəm olsa” şüarı səslənib. Aksiya həyata keçirildiyi bir saat ərzində Bakı sakinlərinin böyük marağına səbəb olub, onların sualları aksiya iştirakçıları və təşkilatçıları tərəfindən cavablandırılıb. De-institutlaşma barəsində məlumatlar toplanıb 1000 ədəd buklet şəhərin müxtəlif istiqamətlərində əhaliyə paylanıb.Qeyd olunub ki, de-institutlaşmanın əsas məqsədi uşaqların internatlara verilməsinin qarşısının alınması və ya internatlarda təhsil alan uşaqların ailələrə qaytarılması və ailə mühitində böyüyərək inkişafına nail olmaqdır. Bu layihə çərçivəsində mövzu ilə bağlı gənclərə maarifləndirici seminar keçirilib, bundan əlavə media mənsubları üçün müsabiqə təşkil olunub.



