Bakının mərkəzində bir gəncin qətlinin – TƏFƏRRÜATLARI + VİDEO

Bakının mərkəzində bir gəncin qətlinin – TƏFƏRRÜATLARI + VİDEO
Bütün Xəbərlər
11:00 07.01.2015
5755
26 yaşlı Həsəni itə görə öldürüblər.
Dünən Bakının mərkəzində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
AZXEBER.COM-un APA TV-yə istinadən məlumatına görə, “Sahil bağı”nın yaxınlığında naməlum şəxs və ya şəxslər 26 yaşlı Həsən Namiq oğlu Həsənovu gəzdirdiyi itə görə amansızlıqla qətlə yetirib.
Şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Namiq oğlu Həsənov “Sahil bağı”nda itini gəzdirirmiş.
İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib.
H.Həsənovu qətlə yetirən şəxs onun dostu, 22 yaşlı Orxan Məmmədzadəyə də bıçaqla xəsarətlər yetirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, dekabrın 6-sı saat 18:47 radələrində qətlə yetirilən H.Həsənov 1989-cu ilin 24 sentyabr tarixində Bakıda anadan olub və Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayırmış. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə Yasamal rayon sakinidir.
İlkin məlumatlarda H.Həsənovun başının kəsildiyi bildirilsə də, sonradan onun ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən keçindiyi məlum olub.
O.Məmmədzadə isə qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR