“Üzeyir Hacıbəyov 27” ünvanındakı kəsişmədə yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM portalının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ötən gecə “90 – NZ-010” dövlət nişanlı “Porsche Cayenne”markalı avtomobillə “99-BR-244” dövlət nişanlı “Mercedes” markalı yük maşını toqquşub. Toqquşma nəticəsində hər iki maşın yararsız hala düşüb.
Hadisə nəticəsində, heç bir xəsarət alan olmasa da, yol kənarında olan nəqliyyat nişanlarına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Əfsələddin Ağalarov