Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bütün Xəbərlər
11:13 12.11.2014
727
Bu gün axşam 22:00-dan Yusif Səfərov küçəsinin Afiyyədin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq.

Bunu APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O, deyib ki, qeyd edilən ərazidə yolun bağlanması xətlənmə işlərinin aparılması ilə əlaqədardır.

Qeyd olunan ərazidə nəqliyyatın hərəkəti təxminən gecə saat 02:00 radələrində bərpa olunacaq.

OXŞAR XƏBƏRLƏR