Bu gün Bakının mərkəzi küçəsi - Nizami küçəsində maraqlı hadisə baş verib.
AZXEBER.COM xəbər verir ki, gənc oğlan öz sevdiyi xanıma qeyri-adi evlilik təklifi edib. O, sevdiyi xanım üçün “Xəqani” Ticarət Mərkəzinin ən yuxarı mərtəbəsində “Will you marry me?!” (Mənimlə evlənərsən?) yazısını asıb.
Bu evlilik təklifi ətrafdakı insanların da marağına səbəb olub.
