Bakının mərkəzində qadın boğazını kəsdi - FOTO

Bakının mərkəzində qadın boğazını kəsdi - FOTO
Bütün Xəbərlər
19:07 16.10.2014
3273
Hadisə vaxtı çəkiliş etmək istəyən bir nəfər də polis tərəfindən saxlanılıb.
Bu gün Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşlı qadın intihara cəhd edib.
AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Səməd Vurğun bağında 50-55 yaşlarında qadın boğazını kəsərək intihara cəhd edib.
Bildirilir ki, ərazidə dayanan avtobus sürücülərinə çay satan qadın onu Səməd Vurğun bağından uzaqlaşdırmaq istəyən polislərə etiraz edib.
Bu zaman o, əlindəki stəkanı yerə çırpıb və şüşə qırıntısı ilə boğazını kəsib. Qadının qan içində qaldığını görən şəxslər təcili tibbi yardıma zəng ediblər və bir neçə dəqiqə sonra o, xəstəxanaya aparılıb.
Hadisə vaxtı çəkiliş etmək istəyən bir nəfər də polis tərəfindən saxlanılıb.
OXŞAR XƏBƏRLƏR