Bakının mərkəzində qadına qarşı iyrənc hərəkət

Bakının mərkəzində qadına qarşı iyrənc hərəkət
Bütün Xəbərlər
13:56 16.10.2014
5698
Beyləqanlı Ruzi Bayramov saxlanıldı.
Bakıda küçənin ortasında qadına hücum ediblər.
AZXEBER.COM xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, A.Nemətulla küçəsində naməlum şəxs Ülkər Səfərovaya arxadan hücum edib.
Həmin şəxs qadını arxadan boğazından tutaraq əlilə vurub. Daha sonra qulağından bir iki sillə vurub. Qadın zərbəin təsirindən huşunu itirərək yıxılıb. Naməlum şəxs hadisə yerindən qaçıb.
Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR