Bakının mərkəzində «qoçular» sürücüyə belə hücum etdi – VİDEO -18+

Bakının mərkəzində «qoçular» sürücüyə belə hücum etdi – VİDEO -18+
SOSİAL
21:53 21.03.2016
7404
Qoluzorlu şəxslər yolu əksinə getdikləri halda öz yolu gedən sürücünü söyüb təhqir ediblər

Martın 19-da axşam saat 7 radələrində Dilarə Əliyeva küçəsindəki birtərəfli hərəkət yoluna dönmək istəyən «Hyundai» markalı avtomobilin sürücüsü yolun əks istiqamətində üzərinə şütüyən «Toyota Land Gruiser» markalı, 90-RN-081 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və onun yanındakı idmançı cüssəli şəxsin hücumuna məruz qalıb. Adının çəkilməsini istəməyən sürücünün Avtosfer.az-a göndərdiyi videodan da göründüyü kimi, «Toyota»nın sürücüsü yolun əksinə hərəkət etdiyini bilə-bilə öz yolu ilə gedən sürücüyə hədə-qorxu gəlir və ondan geri çəkilərək yol verməsini tələb edir. Bu azmış kimi, maşından düşüb ona mədəni qaydada irad tutan sürücüyə hücum çəkərək onu söyüb təhqir edir. «Toyota»da olan digər idmançı cüssəli sərnişin də maşından düşsə də, o, sakit davranır və sürücüdən yol verməsini istəyir. Sürücü onlara yol verdikdən sonra isə «Toyota»nın sürücüsündən «sağ ol» gözlədiyi halda, həmin şəxs onu yenidən söyməyə başlayır. Sürücü ona «çıx get» dedikdə isə «qoçu»nun xətrinə dəyir və yenidən maşından düşərək sürücüyə hücum çəkir. Bu dəfə o sürücünün yaxasından tutaraq qapını çırpır və vurmaq istəyir. Lakin ətrafdakı insanlar və idmançının yanındakı şəxs onları sakitləşdirir.

Zərərçəkən müraciətində bunları yazıb və bildirir ki, hüquq-mühafizə orqanlarının bununla bağlı tədbir görəcəyinə ümid edir: «Bununla həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsini "Birtərəfli hərəkət yollarında hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə" 100 AZN məbləğində və 4 balla cərimələnməli və eyni zamanda Cinayət Məcəlləsinin 148-ci (şərəf və ləyaqətin təhqir edilməsi) maddəsi ilə 300 manatdan 1000 manata qədər cərimələnməli və ya 240 saata qədər ictimai işlər və ya bir ilədək islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Baş vermiş hadisənin videoyazısını sizə təqdim edirik və aidiyyəti qurumları belə özbaşınalıq hallarının qarşısını almağa çağırırıq».

P.S. Videda işlədilən qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik. Videonu ona görə olduğu kimi təqdim edirik ki, cəmiyyətdə özünü apara bilməyənlər ibrət dərsi götürsün və kənardan baxanda belə hərəkətlərin nə qədər iyrənc göründüyünü görsünlər. (avtosvfer.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO