Bakının mərkəzində sərnişin avtobuslarının özbaşınalığı - FOTOLAR

Bakının mərkəzində sərnişin avtobuslarının özbaşınalığı - FOTOLAR
Bütün Xəbərlər
13:42 28.08.2013
4671

Bakının mərkəzində avtobus sürücülərinin özbaşınalğı son həddə çatıb. 

Hüseyn Cavid prospektində, metronun “Elmlər Akademiyası”nın qarşında avtobus sürücüləri kobud qayda pozuntusu törədirlər. Dayanacaqdan kənarda saxlayan avtobuslar prospektlə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsini bağlayır. Bunun nəticəsində isə orada həmişə tıxac yaranır. Uzun müddətdir vəziyyət bu formada davam etsə də, tədbir görülmür. Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov milli.az-a açıqlamasında bildirdi ki, yol polisi gün ərvində kifayət qədər avtobus sürücüsünü qayda pozuntusuna görə cərimələyir. Bölmə rəisinin sözlərinə görə, kameralar vasitəsilə avtobusların hansı qayda pozuntusu törətdiyi görünür: “Gün ərzində ən azı 60 avtobus sürücüsü barəsində yol hərəkəti qaydasını pozduğuna görə fotomaterial hazırlanaraq sonradan məsuliyyətə cəlb olunur. Bu ilin 7 ayı ərzində 60-a yaxın avtobus sürücüsü 12 və daha artıq bal topladığı üçün sürücülük hüququndan məhrum edilib, 2000-ə yaxın avtobus sürücüsü isə törətdiyi xətaya görə məsuliyyətə cəlb olunub”.

OXŞAR XƏBƏRLƏR