Bakının mərkəzində vətəndaş polisin burnunu qırdı

Bakının mərkəzində vətəndaş polisin burnunu qırdı
KRİMİNAL
13:48 27.07.2014
10267

Bakı şəhərinin mərkəzi hissələrindən olan Xəqani küçəsində polislə vətəndaş arasında insident olub. 

AZXEBER.COM lent.az-a istinadən verdiyi məlumata görə, Xəqani küçəsi, 14/16 ünvanının qarşısında uca səslə danışan 1989-cu il təvəllüdlü Xəqani Dəmirova yaxınlaşan polis serjantı, 35 yaşlı Faiq İbrahimov onu intizama dəvət edib.

Lakin X.Dəmirov polisin tələbinə məhəl qoymayıb və üstündəki bıçağı çıxararaq onu hədələyib. Bu zaman tərəflər əlbəyaxa olublar və 25 yaşlı oğlan polis əməkdaşına yumruqla zərbələr endirib. Zərbə nəticəsində F.İbrahimovun burnu qırılıb. Faktla bağlı araşdırmalar aparılır.

 

OXŞAR XƏBƏRLƏR