Bakının mərkəzindəki yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar - FOTOLAR

Bakının mərkəzindəki yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar - FOTOLAR
Bütün Xəbərlər
10:41 21.08.2013
1617
Bakının mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar yaşanır. 
Tbilisi prospektində İST-Petrol yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb. Fövlqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən milli.az-a bildirildi ki, hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib.Hadisə şahidlərinin verdikləri məlumata görə, ərazidə tıxac yaranıb.Yanğın hadisəsi yanacaqdoldurma məntəqəsinin çənində meydana gəlib. Dərhal ətrafdakı maşınlar və məntəqənin işçiləri ərazidən uzaqlaşıblar. Əraziyə iki yanğınsöndürmə maşını gəlib. Yanğının qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR