Bakının məşhur bazarında meyit tapıldı

Bakının məşhur bazarında meyit tapıldı
Bütün Xəbərlər
10:59 27.05.2015
1452
Bu gecə Bakının Nərimanov rayonunda kişi meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 00:25-də "Keşlə bazarı"nın qarşısında baş verib.
Məlumat verilən kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Bazarın qarşısında orta yaşlı kişi meyiti aşkarlanıb.
Meyitin üzərində nəzəri cəlb edəcək xəsarətlər olmayıb.
Hazırda meyitin kimliyi və ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR