AZXEBER.COM-un məlumatına görə, kafe UEFA Avroliqa pleyoffunun "Qarabağ - Göteborq" oyununu canlı yayımlamayıb. Əvəzində isə Rusiya klubu "Krosnadar"ın "Partizani" ilə oyunu canlı yayımlanıb.
Müştərilər buna etiraz etsə də, kafenin adminstratoru "xoşunuz gəlmirsə, gedin başqa yerdə oturun. Mən burada Matç TV-ni izləyirəm, AZTV-ni yox".
Oyunu izləyə bilməyən müştərilər başqa kafelərə üz tutublar.
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" oyunu 3:0 hesabıyla ağdamlıların qələbəsi ilə yekunlaşıb.
