Bakının məşhur kafesində "Qarabağ" qadağası - FOTO

Bakının məşhur kafesində "Qarabağ" qadağası -  FOTO
İDMAN
14:11 26.08.2016
4921
Bakının məşhur kafelərindən olan "Araz Kafe" müştərilərini növbəti dəfə qəzəbləndirib.
AZXEBER.COM-un məlumatına görə, kafe UEFA Avroliqa pleyoffunun "Qarabağ - Göteborq" oyununu canlı yayımlamayıb. Əvəzində isə Rusiya klubu "Krosnadar"ın "Partizani" ilə oyunu canlı yayımlanıb.
Müştərilər buna etiraz etsə də, kafenin adminstratoru "xoşunuz gəlmirsə, gedin başqa yerdə oturun. Mən burada Matç TV-ni izləyirəm, AZTV-ni yox".
Oyunu izləyə bilməyən müştərilər başqa kafelərə üz tutublar. 
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" oyunu 3:0 hesabıyla ağdamlıların qələbəsi ilə yekunlaşıb. 
OXŞAR XƏBƏRLƏR