Bu gün səhər saat 9:05 radələrində Bakının Xətai rayonunda Cavanşir körpüsü (keçmiş Qaqarin körpüsü) istiqamətində naməlum səbəbdən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bağlı qalmış yol uzun tıxaclara və səhər tezdən işə tələsən sürücülərin narazılığına səbəb olub. Sürücülər siqnal verərək etirazlarını bildirsələr də, yol polisləri tərəfindən bağlanmış yolda nəqliyyatın hərəkəti yalnız 35 dəqiqədən sonra bərpa edilib.Qeyd edək ki, dünən və yaxud bu gün səhər həmin istiqamətdə yolun müəyyən müddət ərzində bağlı qalacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib.