Bakının Pirallahı qəsəbəsində dərman zavodu tikiləcək

İQTİSADİYYAT
17:57 20.09.2016
2837
İran şirkətləri Bakının Pirallahı qəsəbəsində dərman istehsalı zavodu tikəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan-İran biznes-forumunda çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, bununla bağlı "Azərsun Holdinq"lə danışıqlar gedir.
Məlumata görə, Azərbaycan hökuməti tibbi layihələri Pirallahıda reallaşdıracaq və aidiyyəti qurumlara bununla bağlı göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR