Bakının "qumar kralları" – Onlar kimlərdir? (TƏFƏRRÜAT)

Bakının "qumar kralları" – Onlar kimlərdir?  (TƏFƏRRÜAT)
KRİMİNAL
15:23 01.03.2016
5857
Azərbaycanda son dönəmlər xeyli genişlənən və gizli şəkildə fəaliyyət göstərən qumarxanaların sayı durmadan artır. Əsasən Binəqədi rayonu ərazisində yağışdan sonrakı göbələk kimi çoxalan belə obyektlərin isə maraqlı rəhbərləri və bir o qədər də maraqlı himayədarları var.
Bildirək ki, edilən haqlı narazılıqlardan dolayı jam.az-ın əməkdaşları qısa müddətdə olduqca maraqlı bir araşdırma aparıblar. Bu araşdırma nəticəsində məlum olub ki, əslində, qumarxanalar ayrı-ayrı şəxslər arasında bərabər şəkildə bölüşdürülməklə yanaşı, həm də paytaxtın mərkəzinə qədər yayılıb.
Araşdırmalardan o da bəlli olub ki, paytaxtın «QUMAR KRALLARI» var və onlar çox sərbəst şəkildə hərəkət edirlər. Onlarla bağlı edilən şikayətlərə isə ya baxılmır, ya da baxılsa belə lazımi tədbirlər görülmür. Jam.az həmin şəbəkənin işləri, obyektləri və fəaliyyəti ilə bağlı geniş araşdırma yazılara start verib və ilk sırada isə onların ən məşhurlarından biri ilə bağlı müfəssəl məlumat verməyə çalışacaq.
«Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur. Arzuman kimsəyə güvənmədən Bakıda çoxlu sayda qumarxana açaraq, onları işlətməklə məşğuldur. Əsasən puluna güvənən bu şəxs adının dillərə düşməməsi üçün pul xərcləməkdən çəkinmir.
Məlum olub ki, Arzumanın Bakıda toplam 18 qumar oynanılan obyekti var. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Maraqlı məqam odur ki, Arzuman adlı həmin şəxs hər yaşına uyğun olaraq bir qumarxana açıb. Məsələn, 41, 42, 43, 49…
Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. İşin ən maraqlı tərəfi odur ki, «Bakı» restoranında fəaliyyət göstərən qumarxananın əsas müştəriləri məhz dindarlardır. Xüsusən bu müştərilərin «Bakı»da peyda olmasının əsas pik nöqtəsi Nardaran olyalarından sonraya təsadüf edir. Niyə məhz həmin olaydan sonra dindarların Arzumanın qumarxanalarına dadanmalarının sirri hələlik məlum deyil.
Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. Və orada hər gecə qumar oynanıldığı xeyli adam tərəfindən təsdiqlənir.
Arzumanın şərik olduğu şəxslər də var və onlarla ortaq şəkildə qumarxanalar işlədir. Məsələn, 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var.
Qeyd edək ki, bu apardığımız araşdırmanın çox kiçki hissəsidir. Hazırda əməkdaşlarımız toplam 20-yə yaxın olan və Arzumana bağlı olan qumarxanaların yerlərini müəyyən edərək, orada çəkilişlər aparmaqdadırlar. Yaxın günlərdə həmin videogörüntülər oxucularımıza təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda