Bakının Səbail və Qaradağ rayonlarına su verilməyəcək

Bakının Səbail və Qaradağ rayonlarına su verilməyəcək
Bütün Xəbərlər
12:23 31.01.2012
1086
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. 
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COMa verilən məlumata görə, bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR