Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib

Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib
SOSİAL
15:18 11.10.2025
413
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.

AZXEBER.COM AYNA-ya istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıb, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.

Video təqdim olunur:
OXŞAR XƏBƏRLƏR