Bu gün Bakı şəhərinin Yasamal, Nəsimi və Nərimanov rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi işləri ilə əlaqədar olaraq ərazidən keçən və uzun müddətdir istismarda olaraq yararsız vəziyyətə düşmüş 500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir. Bununla əlaqədar bu gün paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.