Bakıvaxtı.az-ın 4 yaşı tamam olur

Bakıvaxtı.az-ın 4 yaşı tamam olur
MEDİA
12:35 05.03.2025
339
Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 4 il ötür.

Bakıvaxtı.az portalı 2021-ci il martın 5-də fəaliyyətə başlayıb.

Portal ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.

Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərmək əsas hədəflərimizdəndir.

Sayt fərq qoymadan bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edir, onların bütün məlumatları öz səhifəsində işıqlandırır.

Əməkdaşlarımız ayrı-ayrı müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüblər.

Bakıvaxtı.az dəfələrlə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.
OXŞAR XƏBƏRLƏR