Bakıxanov qəsəbəsində zəncirvari qəza olub

Bakıxanov qəsəbəsində zəncirvari qəza olub
HADİSƏ
23:47 22.10.2025
171
Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, "Hyundai iX35”, "BMW X5” və "Ford” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Ford” markalı nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR