Türkiyənin tanınmış aktrisası, “Çalıquşu” serialının qəhrəmanı Azərbaycana gəlir. Aydan Şener bir neçə gün Bakıda olacaq. Bu barədə milli.az-a tanınmış türkiyəli aktrisanın vətənimizə səfərini təşkil edən mərkəzin əməkdaşı Vüsalə Ümidəliyeva məlumat verdi.Onun sözlərinə görə, Aydan Şener avqustun 23-də Bakıya təşrif buyuracaq və reklam siması olacağı şirkətin çəkilişlərində iştirak etməkdən ötrü ayın 29-na qədər paytaxtımızda qalacaq.