Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan Respublikasının baş nazirini Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar. Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Qarşılanma mərasimindən sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Boyko Borisov və Abid Şərifov arasında qısa protokol söhbəti olub.