Bakıya bir gecədə 2 aylıq yağış yağıb

Bakıya bir gecədə 2 aylıq yağış yağıb
Bütün Xəbərlər
13:43 24.09.2013
1707
Ötən gecə Bakıya rekord həddə yağış yağıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 2013-cü il sentyabr ayının 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yagış yağıb, şimşək çaxıb. Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib. Bu da aylıq normanın 174-192 faizidir.
OXŞAR XƏBƏRLƏR