Bakının Binəqədi qəsəbəsində qətl törədilib.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Kürdəmirdən Bakıya meyvə satmaq üçün gələn, 1958-ci il təvəllüdlü Cavanşir Ağaverdi oğlu Cəfərov qonaq qaldığı qohumunun evində, ev sahibi, 1982-ci il təvəllüdlü Hüseyn Nəci oğlu Zeynalov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir. Qətli törədən Hüseyn Zeynalov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.