Bakıya satış məqsədi ilə gətirilmiş at əti aşkarlanıb

Bakıya satış məqsədi ilə gətirilmiş at əti aşkarlanıb
Bütün Xəbərlər
13:31 14.03.2014
646
Biləsuvar rayon sakininin avtomobilindən Bakıya satış məqsədi ilə gətirdiyi at əti götürülüb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən at əti aşkar edilərək götürülüb.
Polislər Biləsuvar rayon sakini Damət Suleymanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobildə Bakıya satış məqsədi ilə gətirdiyi 242 kiloqram at ətini aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR