Bakıya yağış yağdı, məmurların gördüyü 'işlər' suyun altında qaldı - VİDEO

Bakıya yağış yağdı, məmurların gördüyü
Bütün Xəbərlər
01:21 10.11.2015
2304

Paytaxtda aramsız yağan yağış bir çox ərazidə fəsadlar törədib.

AZXEBER.COM ans press-ə istinadən məlumatına görə, küçələrə yığılan yağış suları Ziya Bünyadov prospektində hərəkətə ciddi maneə törədib.

Ərazidən keçən kanalizasiya sistemlərinin dolması suyun yola daşmasına səbəb olub ki, bu da ərazidə avtomobillərin hərəkətini çətinləşib. Bəzi yerlərdə su hətta avtomobillərin yarısına qədər qalxıb ki, bunun nəticəsində də uzunmüddətli tıxaclar əmələ gəlib.

Vətəndaşları isə daha çox narahat edən məsələ kanalizasiya qapaqlarından ətrafa axan çirkab sulardır. Bu da xoşagəlməz görüntüyə və pis qoxuya səbəb olub.

Oxşar vəziyyət Mehdiabad, Qaraçuxur, Biləcəri, Balaxanı və sairə ərazilərdə də müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR