Bakıya yeni erməni hücumu - FOTO

DÜNYA
18:07 16.02.2015
4041
Erməni haker qrupu “Monte Melkonian Cyber Army” Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi saytına hücum etdiyini iddia edir.Bu barədə erməni bloger Ani Marqaryan məlumat verib. Ani Marqaryanın yazdığına görə, erməni hakerlər Azərbaycan səfirliyinin saytına Azərbaycanı, Gürcüstanı və Türkiyəni parçalmaqla gerçəkləşdirməyi planlaşdırdıqları uydurma xəritələr də yerləşdiriblər.Bu uydurma xəritələrdə Türkiyənin Van, Muş, Bitlis, Ağrı, İqdır, Qars, Ərzurum, Ərhədan, Artvin, Trabzon, Ərzincan vilayətləri Qərbi Ermənistan kimi təqdim edilir. Maraqlıdır, həmin vilayətlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğulduğu Rizə şəhəri və Rizə vilayəti də Qərbi Ermənistan ərazisi kimi təqdim edilib.
OXŞAR XƏBƏRLƏR