“Baku Business Factory” ilə “Georgian Co-Investment Fund”u arasında müzakirələr aparılıb

“Baku Business Factory” ilə “Georgian Co-Investment Fund”u arasında müzakirələr aparılıb
GƏNCLİK
17:27 10.01.2018
2592
Bu gün Tbilisidə "Baku Business Factory”nin (BBF) nümayəndələri Gürcüstanın ən böyük investisiya fondlarından biri olan "Georgian Co-Investment Fund”un (GCF) rəhbər şəxsləri ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov GCF-in Maliyyə, risklərin idarə edilməsi və investisiya əlaqələri şöbəsinin icraçı direktoru Tea Coxadze ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Görüşdə T.Coxadze GCF-in fəaliyyəti  barədə danışaraq bildirib ki, Fond beynəlxalq investorların regionun imkanlarına çıxışı təmin etmək üçün investisiya mexanizminin yaradılmasına böyük maraq göstərməsi ilə əlaqədar yaradılıb. Onun sözlərinə görə, GCF özəl investisiya strukturu vasitəsilə investorlara Gürcüstanın sürətlə inkişaf edən sənaye və sektorlarının imkanlarından faydalanmaq fürsəti yaradır.

Görüşdə həmçinin "Baku Business Factory” ilə "Georgian Co-Investment Fund” arasında qarşılıqlı əməkdaşlıq, Azərbaycan və Gürcüstan startapları arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Qeyd edək ki, "Georgian Co-Investment Fund" (Gürcüstan Ko-İnvestisiya Fondu – GCF) 6 milyard dollarlıq özəl investisiya fondudur. GCF fondunun komandit ortaqlar, o cümlədən suveren rifah fondları, mühüm qlobal korporasiyalar və özəl ailə şirkətləri, beynəlxalq və yerli investisiya cəmiyyətləri kimi, görkəmli üzvləri var.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr