Bir neçə gün bundan öncə ‘Baku Medical Plaza’klinikası haqqında redaksiyamıza şikayət məktubu daxil olmuşdu. Məktubda bu yaxınlarda avtomobil qəzasına düşmüş şəxslərdən biri "narkoz"dan ayıla bilmədiyi üçün süni aparata qoşulduğu qeyd olunub. Həmin aparatdan gündəlik istifadənin qiyməti isə 700 manat olduğu bildirilib.
Bundan başqa "Baku Medical Plaza"yla bağlı şikayətlərə klinikanın rəsmi "facebook" səhifəsində də rast gəlinib. Belə ki, şikayətçilərdən biri klinikanın rəsmi səhifəsində 5 yaşlı övladlarına yanlış diaoqnozun qoyulduğunu söyləyib:
"5 yaşlı uşağımız velosipeddən yıxılıb, qolu əzilib. Durmadan ağlayırdı. Baku Medical Plaza yaxındı deyib ora apardıq. Qapıda hamımıza baxil geyindirdilər. Həkimi (Ilkin Tanriverdiyev)çağırdılar, çöldə siqaret çəkirdi. Xalatsız üst geyimində idi. Eləcə əlüstü uşağa baxıb rentgenə göndərdilər. Sonra başqa, elə onun kimi xalat geyinməmiş digər növbətçi həkimlə uzun müddət gözümüzün önündəcə uşağın sınığı-çıxığı olub-olmaması haqda müzakirə apardılar. Artıq qərara gəldik ki, başqa yerdə, başqa həkimə göstərək. Elə bu zaman heç bir şey yoxdu, bir balaca ağrıyıb, uşaq qorxusundan ağlayır dedilər. Səriştəsiz bir sarğı qoyub bizi yola saldılar. (Yəni özümümz başa qaldıq ki, qol asqısı uşağa necə geyindirilməlidir). Uşaq səhərə qədər sızıldayıb. Səhər qonşumuz cərraha rentgenin şəklini göstərmişik: Dəhşət! Deyir ki, qolu iki yerdən çatlayıb, və dirsəkdən çıxıb!! İndi gips qoyulub uşağın qoluna, bir az rahatlanıb. Kimə deyəsən? Belə ayı xidməti nəyə lazımdı axı. Hiddətini ifadə etməyə söz tapmırsan".
Məsələylə bağlı ‘Baku Medical Plaza’klinikasından AZXEBER.COM-a müraciət daxil olub. Klinika rəsmisi məsələnin araşdırıldığını və şikayət edən şəxslərin yanlış informasiya verdiklərini iddia edib. Klinikadan 5 yaşlı uşağın validenləri ilə narazılığın araşdırıldığı və problemin aradan qaldırıldığı bildirib. Klinikadan hətta apparata qoşulan xəstəylə də bağlı endirimin edildiyi qeyd edilib.
Klinika rəsmisi bununla bağlı məktub və sənədlər göndərib.
AZXEBER.COM portalı olaraq həmin sənədləri təqdim edirik: