“BakuBus”ın 163 sürücüsü məsuliyyətə cəlb olunub

“BakuBus”ın 163 sürücüsü məsuliyyətə cəlb olunub
SOSİAL
13:43 27.07.2016
1611
“BakuBus” daxil olan hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar həyata keçirilir. Belə ki, *4242 qaynar xəttinə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli, işin daha da səmərəli təşkil olunmasına imkan yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Modern.az saytına “BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev deyib.
O qeyd edib ki, daxil olan müraciətlərdə marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə bağlı şikayət edən, itmiş əşyalarla bağlı, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir:
““BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdır. Əgər şərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür”.
M.Piriyev bildirib ki, 2015-ci ilin sentyabr ayından bu günədək məsuliyyətə cəlb olunan sürücülərin statistikasını açıqlayıb: “Sərnişin müraciətləri, digər aşkar olunmuş nizam-intizam və digər qayda pozuntiları əsasında 163 nəfər sürücü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub.
59 nəfər sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Bundan əlavə göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 nəfər sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.
Daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar olunub. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə bağlı olur.
Məsələn, “qapını döydüm sürücü açmadı”, “pəncərəni açmaq istədim sürücü icazə vermədi”, “avtobusda temperatur çox aşağıdır yaxud istidir”, “kondisoneri sürücü qoşmad”ı və yaxud “avtobus gec gəldi”. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir”.
Qurum rəsmisinin sözlərinə görə, avtobusun gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında , xüsusən 8.30 - 900 radələrində daxil olur: “Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki, hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir. “BakuBus” həmişə olduğu kimi gələcək fəaliyyətində də daxil olan müraciətləri və sərnişin məmnunluğunu daim diqqət mərkəzində saxlayacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq