Bal ayına gedən cütlük faciə yaşadı - Gəlin öldü

HADİSƏ
11:24 07.12.2022
1612
Avstraliyanın Hamilton adasında baş verən ölümlə nəticələnən qəza bal ayına yenicə çıxan cütlüyü ayırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada yaşayan 30 yaşlı Robbi Avad və 29 yaşlı Marina Hanna iyunun 10-da toylarından sonra bal ayına yola düşsələr də, yeni gəlin olan Hanna yol qəzasından sonra dünyasını dəyişib.

Polislər Avadın avtomobilla ehtiyatsız davranışına görə həyat yoldaşı Hannanın ölümünə səbəb olmaqda günahlandırıb.

Avad açıqlamasında "Mənim mələyim, əzizim, həyat yoldaşım Marina Hanna, yoldaşım, sirdaşım, mələyim, müqəddəsim, hər şeyim! Dünya heç vaxt əvvəlki kimi olmayacaq. Mən səni əbədi olaraq sevəcəm", - deyə bildirib.

Onu da qeyd edək ki, qəzadan sağ-salamat sağ çıxan Avad hazırda saxlanılıb və barəsində işin növbəti iclası 6 fevral 2023-cü il tarixinə təxirə salınıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR