“Bal Badem”in bu filialı bağlandı

“Bal Badem”in bu filialı bağlandı
SOSİAL
10:31 20.06.2025
642
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki:

• obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

• obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;

• pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;

• ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;

• elektrik lövhələri olan otaq "Yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə uyğun saxlanılmır;

• köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində "Çıxış" sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;

• obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

• insanların və qiymətli əşyaların köçürülməsi üçün "Köçürmə planı" işlənib hazırlanmayıb;

• obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

• obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Siyahıya "Rəmiş" də əlavə edildi – Azərbaycanda fəaliyyəti dayandırılan hotellər
11:48 30.10.2026
Siyahıya "Rəmiş" də əlavə edildi – Azərbaycanda fəaliyyəti dayandırılan hotellər
Bu dərmanlar da icbari tibbi sığortaya daxil ediləcək - RƏSMİ
11:47 30.10.2026
Bu dərmanlar da icbari tibbi sığortaya daxil ediləcək - RƏSMİ
İnternet zəifdirsə, pulunuzu geri ala biləcəksiniz– Deputatdan təklif
11:44 30.10.2026
İnternet zəifdirsə, pulunuzu geri ala biləcəksiniz– Deputatdan təklif
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib - FOTOLAR
11:25 30.10.2026
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib - FOTOLAR
Konqoda Ebola faciəsi: Ölənlərin sayı 4 887-yə çatdı
11:09 30.10.2026
Konqoda Ebola faciəsi: Ölənlərin sayı 4 887-yə çatdı
Narkotik istifadə edən avtobus sürücüsü həbs olundu
11:03 30.10.2026
Narkotik istifadə edən avtobus sürücüsü həbs olundu
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
10:43 30.10.2026
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Paşinyan Konstitusiyanı dəyişir: Azərbaycanla sülh yaxınlaşır?
10:42 30.10.2026
Paşinyan Konstitusiyanı dəyişir: Azərbaycanla sülh yaxınlaşır?
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - FOTO
10:40 30.10.2026
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - FOTO
Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!
10:34 30.10.2026
Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!
Şəkərin necə istehsal olunduğunu öyrənmək üçün İmişliyə getdik - REPORTAJ
10:32 30.10.2026
Şəkərin necə istehsal olunduğunu öyrənmək üçün İmişliyə getdik - REPORTAJ
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
10:28 30.10.2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Biləcirədə hotelin fəaliyyəti dayandırılıb - VİDEO
09:52 30.10.2026
Biləcirədə hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Ukrayna Rusiyaya zərbələri dayandırıb
09:50 30.10.2026
Ukrayna Rusiyaya zərbələri dayandırıb
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
09:45 30.10.2026
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
09:35 30.10.2026
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava