Balaca Ayanın cansız bədəni dağıntılar altından çıxarıldı - VİDEO

Balaca Ayanın cansız bədəni dağıntılar altından çıxarıldı - VİDEO
Bütün Xəbərlər
12:48 09.09.2014
3736
Aydan Abbasovanı axtarmaq üçün həmin əraziyə xüsusi təlim görmüş itlər də gətirildi
Abşeron rayonu Xırdalan şəhərində yaşayış binasında baş verən uçqun zamanı dağıntılar altında qalan 8 yaşlı Aydan Abbasovanın axtarışları gecə saatlarına qədər davam etdi.
Əvvəlcə hadisə yerinə FHN-nin ağır texnikası cəlb olundu. Azyaşlının meyidinin uçqun baş verən ərazidə aşağı mərtəbədə olması dəqiqləşdiriləndən sonra bina söküntü işlərinə başlanıldı. Aydan Abbasovanı axtarmaq üçün həmin əraziyə xüsusi təlim görmüş itlər də gətirildi.
Ağır texnika işini sona çatdırandan sonra isə axtarıların növbəti mərhələsini xilasedicilər həyata keçirdi. Təxminən gecə saat 03:00 radələrində xilasedicilər balaca Aydanın beton pilitələr arasında sıxılıb qalan meyidini tapmağa nail oldular. Meyit həmin yerdən çıxarılaraq hadisə yerində olan təcili yardım maşını ilə morqa göndərildi. (anstv)
OXŞAR XƏBƏRLƏR