Vaxtılə "NM qrupu","Canbala"və s musiqi layihələri ilə tanınan bəstəkar Məryam Əlibəyli yeni layihə gerçəkləşdirib.AZXEBER.COM-un məlumatına görə, bu dəfə o azyaşlı uaşaqlardan ibarət "Nağıllar", "Gülən notlar" , "Kəpənəklər" adlı qrupda balacaları bir araya toplayıb. Qrupların bir araya gəlməsində məqsəd isə onların birgə ifa etdiyi "Ey vətən" klipin çəkilişləri olub. 25-e yaxın uşağın Azərbaycan haqqında ifa etdikləri mahnının musiqisi MəryəmƏlibəyli, sözləri isə Əhməd Cəmilə aiddir."Nağıllar", "Gülən notlar" , "Kəpənəklər" qruplarının iştirakı ilə vətənpərvər mahnıya çəkilən klipi də bugündən geniş ictimaiyyətə təqdim olunur. Layihənin müəllifi və rəhbəri Məryəm Əlibəyli .....az-a açıqlamasındabunları bildirdi " Bizim uşaqlar ən müxtəlif mövzularda musiqilər ifa ediblər, ama istədik ki məhz vətən mahnısına çəkilən video ilə yaddaşlarda qalsınlar. Və bu layihələrin davamı olacaq"