“Balalarımın canı üçün xəbərim yox idi...” - Əməkdar artist qalmaqallı açıqlamasından danışdı

“Balalarımın canı üçün xəbərim yox idi...”  - Əməkdar artist qalmaqallı açıqlamasından danışdı
MAQAZİN
16:11 08.12.2017
9069
Əməkdar artist Yusif Mustafayev "Xəzər TV”-də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində Salyandakı qətllə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

AZXEBER.COM-un məlumatına görə, Musavat.com-a açıqlama verən sənətçi bildirib ki, qətldən xəbərdar olmayıb: "Balalarımın canı üçün qətldən xəbərim yox idi. Kimin qanı, namusu götürər ki, Azərbaycan qadınları öldürülsün? O ağsaçlı qadına necə əl qalxar? Mənə dedilər ki, qadın qızları ilə Türkiyəyə gedib. Mən də dedim ki, araşdırsınlar. Mənə deyilməmişdi ki, kişi arvadı və qızlarını öldürüb. Ağzımı açmışdım ki, aparıcı mənim sözümü kəsdi və danışmağa qoymadı. Mən qatilə necə dayaq ola bilərəm? Allah var, canımı alar, balalarımın qabağına çıxarar.  Mənə yanlış məlumat verib, biabır etdilər. Mən sənət adamıyam, saçımı bu yolda ağartmışam. Xalq məni sevir. Mən necə cinayətə haqq qazandıraram?

Dünəndən özümə gələ bilmirəm. Dövlətimiz, qanunumuz var. 5 adamı öldürən qatili Allah da, dövlətimiz də bağışlamaz. Mənə yanlış məlumat verib, bəlaya saldılar. Hamı məni tənqid edir. Amma gerçəyi bilmirlər. Sizin vasitənizlə Azərbaycan xalqına səslənirəm. Mən qatilə tərəf olmamışam, olmaram da. Məni səhv məlumatlandırdılar”.

Qeyd edək ki, ifaçı hadisə ilə bağlı danışarkən belə deyib: "O adama bəraət qazandırmıram. O da kişi olub, bayıra çıxıb. Onun qulağına ailəsi ilə bağlı sözlər gəlib. Hamı dağılıb Türkiyəyə getsin? Namus-qeyrət gedir. Qoyun, cavanlarımıza dərs olsun". 

Aparıcı isə onun sözünü kəsib və bildirib ki, sənətçinin fikirlərinə hörmət edir və onunla razılaşmır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
23:50 21.10.2026
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
23:47 21.10.2026
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
23:43 21.10.2026
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq