"Balam mələk olub və cənnətdədir" - Məhəmmədəlinin xalası - VİDEO

SOSİAL
11:17 29.12.2024
571
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanovunun xalası başsağlığı verənlərə təşəkkür edib. 
  
AZXEBER.COM xəbər verir ki, təyyarə qəzası zamanı həyatını itirən Məhəmmədəlinin xalası sənədlərində olan problemlərinə görə dəfndə iştirak edə bilmədiyini deyib: 
  
"Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Yazdıqlarınızı görürəm, hər kəsə bir-bir cavab verə bilmirəm. Pasportumda olan problemə görə dəfndə iştirak edə bilmirəm. Dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, mənim balam mələk olub və cənnətdədir". 
  
Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, "Gənclik” futbol klubunda oynayıb.
 
Günel

OXŞAR XƏBƏRLƏR