Balaxanı neftçiləri etiraz aksiyası keçirdi

Balaxanı neftçiləri etiraz aksiyası keçirdi
Bütün Xəbərlər
15:22 26.09.2012
1199
Sentyabrın 26-sı səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yüzdən çox işçisi etiraz aksiyası keçirib.Aksiya iştirakçıları iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər:Balaxanı NQÇİ-nin maliyyə meneceriSeyfəddin Qeybullayevaksiyaçılara bildirib ki, onların tələbləri araşdırılacaq.Hadisə yerinə gələn 30-a yaxın polis əməkdaşı neftçilərin dağılışmasını xahiş edib. Aksiyaçılar tələbləri yerinə yetirilmədiyi təqdirdə fasiləsiz tətillərə başlayacaqlarını bildiriblər.Onlar 5 gün öncə də eyni tələblərlə etiraz aksiyası keçirmişdilər.
OXŞAR XƏBƏRLƏR