“Baldır Yar” trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

“Baldır Yar” trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
MAQAZİN
16:55 05.10.2026
210
Xalq artisti Röya Ayxanın "Baldır Yar” adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb.
 
AZXEBER.COM xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube”da 1 milyondan çox izlənilib.
 
AZXEBER.COM xəbər verir ki, mahnı platformanın trend siyahısında isə 1-ci pilləyə yüksəlib. "TikTok”da da böyük maraq görən "Baldır Yar”la bağlı artıq 5 mindən çox video paylaşılıb.
 
Son günlərin hitinə çevrilən mahnı "Apple Music”in "Top 100” siyahısına, eləcə də "Gazino”, "Pusula” və "Hot List Azerbaijan” kimi məşhur pleylistlərə daxil olub.
 
Qısa müddətdə geniş auditoriyanın diqqətini çəkən "Baldır Yar” həmçinin "Shazam”da ən çox axtarılan mahnılar sırasında yer alıb.
 

 


OXŞAR XƏBƏRLƏR