xari

"Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdı"

SİYASƏT
11:44 26.02.2021
140
"Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdi".

AZXEBER.COM-un xəbərinə görə, bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

"Bu addımların təkrarını biz İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər ilk növbədə Minsk qrupuna həmsədirlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdı. Növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”, - Prezident bildirib.

OXŞAR XƏBƏRLƏR