Bu xəbərə aydınlıq gətirmək üçün dünən müğənninin özü ilə əlaqə yaratdıq. B.Əşrəfov Elşən adlı kürəkəninin olduğunu təsdiq etsə də onun “Röyalbank”la əlaqədar dindirilməsindən xəbərsiz olduğunu bildirdi: “Mənim iki kürəkənim var, ikisi ilə də münasibətlərim pərdəli səviyyədədir. Onlar heç vaxt mənim başımı aşağı edən hərəkətlərə yol verməyiblər. Hər iki kürəkənimin harada işləmələri haqda məlumatım yoxdu, amma onu bilirəm ki, ailələrini haram yolla dolandırmırlar”.
Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğa ünvanladığımız sorğuya gün ərzində cavab ala bilmədik. //lent.az