Ban Ki Mun Suriya prezidentinə səsləndi

Ban Ki Mun Suriya prezidentinə səsləndi
Bütün Xəbərlər
11:38 16.01.2012
1521
Livanın paytaxtı Beyrutda ərəb ölkələrində demokratiyaya həsr edilmiş konfransın açılışını edən BMT-nin baş katibi Ban Ki Mun, növbəti dəfə Suriya prezidenti Bəşər Əsədə müraciət edib. BMT baş katibi onu ölkədə zorakılığa son qoymağa çağırıb."Ötən il Tunisdən Misirədək inqilablar başlayandan bəri, mən liderləri öz xalqlarının səsinə, onların əsl istəklərinə, ehtiyaclarının nə olduğuna qulaq asmağa çağırmışam. Bəziləri bu çağırışa əməl etdilər və xeyrini gördülər. Bəziləri əməl etmədi və bu gün onlar burulğanın bəhrəsini görürlər. Bu gün bir daha Suriya prezidenti Bəşər Əsədə səslənirəm - zorakılığı durdur. Öz xalqını öldürməyi dayandır. Repressiya yolunun sonu yoxdur. Ötən ilin dərsləri açıq-aşkardır. Dəyişiklik küləkləri əsməyə davam edəcək. Tunisdə alovlanan atəş sönməyəcək", deyə BMT-nin baş katibi bildirib.
OXŞAR XƏBƏRLƏR