“Bandotdel” dələduz dəstəni həbs etdi – VİDEO

“Bandotdel” dələduz dəstəni həbs etdi – VİDEO
Bütün Xəbərlər
13:04 04.03.2015
1414
Onlar saxta sənədlərlə avtomobil və torpaq satıblar.
Paytaxtda dələduzluq edərək vətəndaşlara maddi ziyan vuran 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
AZXEBER.COM Region TV-yə istinadən xəbər verir ki, onlar saxta sənədlərlə torpaq və avtomobil satmaqda şübhəli bilinirlər.
Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə Rauf adlı şəxsin Sabuçu rayonu Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlərlə başqa şəxslərə satması barədə müraciətlər daxil olub.
Aparılan araşıdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər də məhkum olmuş Rauf Məmmədovun, həqiqətən, Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədinin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək, həmin ərazinin güya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilk olaraq 5 000 manat pul alması müəyyən edilib.
Tərəflər qalan məbləğin əvəzinə, Sərxan Qəhrəmanova məxsus avtomobilin Rauf Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər.
Baş idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev, həmçinin İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən saxlanlıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR