“Bandotdel” silsilə əməliyyat keçirdi: Tutulanlar var - FOTO - VIDEO

“Bandotdel” silsilə əməliyyat keçirdi: Tutulanlar var - FOTO - VIDEO
KRİMİNAL
12:40 23.06.2021
3592
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Novxanı bağlar massivində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qurban Sultanov saxlanılıb. Onun qeyd edilən ünvanda yaşadığı evin həyətinə baxış zamanı yaş vəziyyətdə çəkisi 112 kiloqram olan 2 472 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Həmin şəxsin evindən isə ümumi çəkisi 34 kiloqram 500 qram qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilib. 

Baş idarənin əməkdaşlarının Sabunçu rayonu Maştağa qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı paytaxt sakini Rahim Ağayevin yaşadığı evin həyətinə baxış keçirilib. Əməliyyat zamanı oradan 255 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilib. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu tədbir zamanı isə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Azər Süleymanov saxlanılaraq istintaqa təqdim edilib. Onun paytaxt ərazisində yaşadığı evə baxış zamanı bir ədəd "Makarov” markalı tapança, həmin odlu silaha məxsus 35 ədəd patron aşkar edilib. 

Qeyd edilən faktlarla bağlı baş idarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var