Bank borcuna görə özünü yandıran şəxsdən xəbər var

Bank borcuna görə özünü yandıran şəxsdən xəbər var
Bütün Xəbərlər
21:58 28.11.2015
2011
Noyabrda ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandıran Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovdan xəbər var. Onun vəziyyəti yaxşılaşıb, hazırda müayinəsini palatada davam etdirir.
Bu barədə ANS PRESS-ə Respublika Yanıq Mərkəzindən bildiriblər. Verilən məlumata görə, Malik Hüseynovun səhhətində son günlər müsbətə doğru irəliləyiş hiss edilib və buna görə də o, palataya köçürülüb: "Düzdür onun yaraları hələ də ağırdır. Ancaq onun yemək yeməsi, su içməsi bərpa edilib. Bütün bu irəliləyişləri nəzərə alan həkimlər onun palataya köçürülməsinə icazə verdi. Onun səhhəti hər gün biraz daha yaxşılaşır", - deyə xəstəxanadan bildirdilər.
Xatırladaq ki, noyabr ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov üzərinə benzin törərək özünü yandırıb. O, dərhal ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR