Azərbaycan Beynəlxalq Bankı məşhur aktyor Fərda Xudaverdiyevi məhkəməyə verib.
AZXEBER.COM-un məlumatına görə, axşam.az-a açıqlama verən Fərda bank tərəfindən məhkəməyə verildiyini təsdiqləyib. Amma aktyor avtomobilinin hələ də özündə olduğunu bildirib:
“Banka borcum var, amma kreditimi vaxtında ödəyirəm, problem yoxdur. Əvvəl mənə başqa bir məbləğ deyilmişdi. Sonra həmin məbləğ artırıldı, söz danışıldığı kimi davam etmədi. Avtomobil özümdədir, əlimdən alınmayıb. Maşın mənim adımadır. Məhkəmə prosesi yanvardan başlayıb və mayın ortasında bitəcək. Əminəm ki, nəticə mənim xeyrimə olacaq”.